Cəlilabad - Azərbaycanda rayon ( bölgə ).
Cəlilabad rayonu (1967-ci ilədək Astraxanbazar) 1930-cu ildə təşkil olunmuşdur. Qərbdə İranla həmsərhəddir.
İri yaşayış məntəqələri - Cəlilabad şəhəri,Göytəpə şəhəri,Prişib şəhəri,,Pokrovka, Allar, Novoqolovka, Privolnaya, Üçtəpə, Bəyxanlı, Ləki, Kürdlər kəndləridir.. Yerli Media - "Yeni gün" qəzeti
Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eradan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilmişdir. Ərəblərin Azərbaycan hücumundan sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azəbaycanlılarla rusların birgə məskunluşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.
Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci il tarixində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə dahi Azərbaycan yazıçısı Cəli Məmmədquluzadənin çərəfinə Cəlilabad adlanmışdır. Rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir.
Cəlilabadın „Həməşərə" şəhər yerinin tədqiqata böyük ehtiyacı var.
"Həməşərə" şəhərini tədqiq etdikcə, Azərbaycan tarixinin dərin qatları RiqveDA Atxarveveda, Avesta Esatir və hekayələrindən süzülüb gələn keçmişi aşkarlaşır. Cəlilabad Rayonu Muğanın qurtaracağında yerləşir. Bu ərazidə Azərbaycanın keçmişindən xəbər verən iki qədim şəhər vardır. İndi də Rayonun yaşlı nəsli və ətraf rayonların əhalisi buranı "Həməşərə" adlandirirlar. Respublika arxeoloqlarının fikrincə "Həməşərə" "Mişarçay" mədəniyyəti Miladdan Əvvəl IV miniliyə aiddir. Qədim və Orta əsir tarixçiləri "Həməşərə şəhərinin keçmişi barədə müəyyən qədər məlumat veriblər. Cografiyaşunas Həmdulla Qəzvini "Həməşərə"şəhərində olmuş və onun dediyinə görə şəhər dəniz kənarında yerləşmişdir.Xəzər dənizinə kimi məsafə iki fərsəngdir: 5-ci iqlimə aiddir.Məsafələr indiki ilə tamamilə uyğundur."Həməşərə şəhəri Biləsuvarla Talış mahalının arasında yerləşir.
A.A.Bakıxanov yazırdı:"Bunlar, şahın qoşunları R.E arasbar yolu ilə Kür çayı kənarına gəldilər. Havanın istiliyindən dənizin iki ağaclığında qədim şəhər qalığı olan Həməşərədə dayandılar" Orta əsir tarixçisi Xandəmir <<Həbibi Siyer>>əsərində yazır ki << Həməşərə>> üç metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunmuşdur.Seyid Əli Kazımbəy oğlu<<Cəvahirnameyi Lənkəran>> əsərində yazır ki, <<Muğlar bu ərazidə yaşamış,<<Həməşərə>> şəhərində onların baş məbədgahı yerləşdirilmişdir.>>.<< Həməşərə>> şəhərinin adı bizə zərdüştlükdən qalan yadigardır...
Azərbaycan tarixşunaslıq <<Qazan Köşkü>>haqda müxtəlif mülahizələr var.
Qazan Xanın Vəziri ,Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Fəzlullah Rəşidin<<came-et tavarix>>kitabında deyir ki, Qazan Xan Biləsuvara gəldi.Həməşərə şəhəri yanında olub Talış dağlarının qurtaracağındakı ən yüksək zirvəyə qalxdı. O, meşələrə adam göndərər, heyvanları:ceyran,cüyür,dağ keçisi və sair arata elətdirib zirvənin ətrafında payalara saldırardı. Qazan Xanın arvadı Bulaq Xatun qalada taxt qurdurub heyvanlara tamaşa edərmiş. Qazan Xan bir müddət qalada istrahət etdikdən sonra dağlarla Təbriz şəhərinə yollandı. Köşk Qazan Xanın yay istirahət düşərgəsi olub,onun adı ilə adlanıb. Qazan Xan Elxanilərin birinci xanıdır ki, İslam dinini qəbul etmişdir ,Bulaq Xatunla islam dini ilə kəbin kəsdirib evlənmişdir.
Maragalı Şeyx Sədrəddin onun dilinin təmsilatçısı olmuşdur. Ən maraqlısı odur ki , <<Qazan Köşkü>>nün ətraf kəndləri Azərbaycan dastanı <<Dədə Qorqud>> kitabındakı adlarla uyğun gəlir.
Cəlilabad Rayonu Qaradağ kəndi Köşkdən 1-2 kilometr arali, Məlik Qasımlı, Bayxanlı "Kərbəlayi Tomarxanın " 7-8 kilometr kənarında yerləşir.
Yardımlı Rayonunun Arus kəndi Köşkün 20 kilometrindədir. Həmin kəndə də <<Adu-Dədrə>>abidəsi yerləşir.Görünür bu abidə də dastandan qalmadir. <<Dədə Qorqud >>kitabında Qazan Xanın arvadının adı Burla Xatun, Fəzlullah Rəşidədinin kitabında isə Bulaq Xatundur.
Cəlilabad rayonunda 17 məktəbəqədər müəssisə, 113 ümumtəhsil məktəbi, 1 mədəniyyət sarayı, 33 klub, 74 kitabxana fəaliyyət göstərir.
Cəlilabad rayonu bir çox görkəmli şəxsiyyətləri ilə məşhurdur. Mərhum general-mayor Mustafa Nuriyev, Respublika Mülki Müdafiə Qərargahının rəisi general-mayor Cavad Qasımov, Respublika Prezidenti Administrasiyasının dövlət nəzarəti şöbəsinin sabiq müdiri Salman Cəfərov, ümumi şöbə müdirinin müavini Fikrət Əzizov, respublikanın əməkdar mühəndis-melioratoru İzzət Abdullayev, Əlibayramlı NQÇİ-nin qazmaçısı, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Akif Əhmədov, tibb elmləri doktoru, professor, respublikanın baş uşaq uroloqu Kamal Abdullayev, biologiya elmləri doktoru, professor Məmməd Qarayev, texnika elmləri doktoru, professor Vaqif Abbasov, texnika elmləri doktoru, professor, ADNA-nın kafedra müdiri Rahim Məmmədov, tibb elmləri doktoru Yaşar Məstəliyev, tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Cəmil Həsənli, Vətən uğrunda şəhid olmuş Vüqar Mürsəlov, Eldar Həsənov, Səfa Axundov, Faiq Cəfərov, habelə hazırda hərbi qulluqçu olan Arif Qubadov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər..ı
Rayonda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır...
Rayonun mərkəzi Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir. Rayonun ərazisi düzənlik və alçaq dağlıqdır, şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Yayı quraqlıq keçən mülayim-isti iqlimə malikdir. Orta temperatur qışda 1-3 C, yayda isə 25-30 C-dir. İllik yağıntı 400-600 mm-dir. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvial-çəmən, şabalıdlı, qəhvəyi dağ, meşə və sair növlüdür. Rayonda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal, qunduz və başqaları, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək, dovlaq və başqaları yaşayır.
|