Cümə, 22.11.2024, 20:57
Salam Qonaq

Farmakoloq.tk
Sayta Giriş
Bölmələr
Axtarış
Əsas Səhifə » Fayl » İslam

SON QURTARICI MEHDİNİN ÖZLÜYÜ
03.05.2010, 18:22
→Mən Adəmdən (ə) ardıcıl, Nuhdan (ə) azuqə, İbrahimdən (ə) seçilmiş, Məhəmməddən (ə) xülasəyəm.

Əbu Həmzə deyir: İmam Sadiqin (ə) qarşısına gedib, dedim:
- Əmr sahibi (İmam Mehdi) sizsinizmi?
- İmam Sadiq (ə)
- Xeyr-deyə buyurdu.
- O, sizin oğlunuzdur?
İmam Sadiq (ə) yenə:
- Xeyr-deyə cavab verdi.
- O, sizin oğlunuzun oğludur?
- İmam Sadiq (ə) bu dəfə də:
- Xeyr-deyə cavab verdi.
- O, kimdir?
İmam Sadiq (ə)
-O, zülmlə dolmuş yer üzünü ədalətlə dolduracaq kəsdir. O, imam olmayan dönəmdə gələcək, necə ki, Allahın Elçisi (s) peyğəmbər olmayan dönəmdə gəldi.
İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:
"Mənim oğullarımdan olan Mehdi (əc.) qırx yaşlı bir kəs üzündədir. Üzü parlaq ulduz kimi parlayır və sağ yanağında qara xalı vardır"
Hədislərə görə, Həzrət Mehdi (əc.) çoxlu ad və adlıqlara malikdir. O cümlədən, Məhəmməd, Mehdi, Qaim, Müntəzər, Vəliyyuləmr, Höccət, Xələfi-saleh, Seyyid, Bəqiyətullah, Müntəqim, Əbul Qasim və başqaları.
Bu adların hər biri onun bir özlüyünə işarədir.
→O, (doğruya) yönəlmişdir (Mehdi). Çünki O, açıq və gizli haqq-ədalətə yönəlmişdir. Allah onu gizli tərəqqi, islahat planı və sirləri ilə agah edir.
→O, qiyamçıdır (Qaim). Çünki O, insan tarixində ən böyük bir qiyam qaldıracaq. Elə bir qiyam ki, başdan-başa haqq- ədalət və Allahçılıqdan ibarətdir.
→O, Müntəzərdir (intizarı çəkilən). Çünki bütün insanlar onun zühurunun intizarındadırlar ki, yer üzünü hər cür zülm və haqsızlıqdan təmizləmək üçün inqilab etsin.
→O, vəliyyuləmrdir (Sahibul-əmr). Çünki elə bir həqiqi imamdır ki, Qadın surəsinin 59-cu ayəsinə əsasən, <<Vəliyyi-əmr>> (əmr sahibi) ünvanında onu dinləmək vacibdir.
→O, höccətdir. Çünki Bütün dünya əhalisinin Allah üçün höccətidir. Allah onun vasitəsi ilə höccəti bütün dünya əhalisinə tamamlayacaq, insanlara bəhanə yeri qoymayacaqdır.
→O, Xələfi-saleh və başçıdır. Ondan ki, İslam peyğəmbərinin və imamların ideyasını ardınca gedir. O, bu ideyanı layiqincə açıq edir, kamil başçılıq, izzətlə hər yerdə görünür, parlayır.
→O, Bəqiyətullahdır (Allahın ehtiyatda saxladığı). Çünki O, Allah peyğəmbərinin və oğullarının sonuncu ardıcılıdır. O, xalis-həqiqi İslam və Quran dirçəlişi üçün əbədi azuqə və əsarət zəncirlərindən özgürlük sərmayəsidir. O, Allahın göstərişini dinləyəndir. O, bütün yerlərdə Allah adını açıq edərək, şeytanların bütün planlarını məhv edir.
→O, Müntəqimdir (intiqam alan). Çünki sitəmçilərin İmam Hüseyin (ə) və məzlumların intiqamını alacaq. Diqqətinizi bu barədə bir hədisə yönəldirik. Əbu Həmzə Sumali deyir:
İmam Baqirə (ə) dedim:
- Məgər siz hamınız qiyam edən imalar deyilsinizmi?
- Əvət, Biz hamımız qiyam edənlərik-deyə buyurdu.
- Bəs nə üçün təkcə həzrət Mehdi (əc.) qiyam edən adlandırılmışdır?
- Dədəm İmam Hüseyin (ə) öldürülən an mələklər ağlayıb, nalə etdilər. Allah onun soyundan olan imaları mələklərə göstərdi. Mələklər gördülər ki, həmin imamlardan biri ayaq üstə dayanıb, namaz qılır. Uca Allah buyurdu:
- "Hüseyini (ə) öldürənlərdən həmin ayaq üstə dayanan kəsin vasitəsi ilə intiqam alacağam"
→Mən Adəmdən (ə) ardıcıl, Nuhdan (ə) azuqə, İbrahimdən (ə) seçilmiş, Məhəmməddən (ə) xülasəyəm.

Bölmə: İslam | Yükləyən: Farmakoloq
Baxış Sayı: 628 | Yüklənib: 0 | Şərhlər: 1 | Reytinqi: 1.1/51
Bütün Şərhlər: 1
0  
1 simpatiya   (07.05.2010 12:08) [Material]
maraqlidir

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dost Saytlar
Statistika

Bütün istifadeçilər 1
Qonaq 1
İstifadəçi 0