Fələq surəsi FƏLƏQ SURƏSI بسم الله الرحمن الرحيم قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (1) مِن شَرِّ مَا خَلَقَ (2) وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ (3) وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ (4) وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ (5)
Bismilləhir rahmənir rahim Qul ə`uzu birəbbil-fələq(1). Min şərri ma xaləq(2). Və min şərri ğasiqin iza vəqab(3). Və min şərrin-nəffəsəti fil-uqad(4). Və min şərri həsidin izə həsəd(5).
Rəhman və rəhim Allahı adı ilə De! Pənah aparıram sübhün Rəbbinə(1). Yaratdıqlarının şərrindən(2). Zülmətə bürünməkdə olan gecənin şərrindən(3). Düyünlərə üfürən qadınların şərrindən(4). Və bir də paxıllığı tutanda paxılın şərrindən(5).
Məkkədə nazil olub, 5 ayədir.
Nas surəsində olduğu kimi Allaha pənah xüsusiyyəti, qalan insanları isə ümumi surətdə şərlərdən Allaha pənah aparmağın qaydasını öyrədir. Nazil olunmağı haqqında əksərən bu rəvayət nəql olunub ki, yəhudilərin bir hissəsi cadu elədilər və bir quyuya aparıb atdılar, Peyğəmbər (s) xəstələndi. Cəbrayıl (ə) nazil oldu, quyudakı cadunun yerini göstərdi və bu surələri oxumaqla Peyğəmbəri (s) xəstəlikdən qurtardı. Bir çox alimlər bu rəvayəti qəbul etmir. Bir neçə dəlilə görə bu hədis təsdiqlənir. Fəziləti: Peyğəmbər (s) buyurub: Mənə bu gün 3 surə nazil olub ki, bunların misli də nazil olmayıb. -Bu hansı surədir? -"Qul” nan başlanan surələr. İmam Baqir (ə) buyurur: " Hər kəs vətr (vitr) namazında fələq və nas surələrini və ixlası oxusa ona deyərlər: Ey bəndə, muştuluq olsun, sənin üçün bu namazın qəbul oldu”. Tərcüməsi: Fələq -qoparmaq, parçalamaq, bir şeyi başqa şeydən ayırmağa deyilir. Sübh vaxtı gecənin qaranlığı sınır, üfüq yaranır. Ona görə də sübh vaxtına fələq deyilir. Təfsiri: Bəzi alimlər fələq sözünün mənasını bütün mövcudatlara aid edirlər, çünki hər bir mövcud yarananda başqa mövcuddan ayrılır. Ənam surəsində (195 ayə) buyurur ki; Allah dənədən parçalayaraq xəlqidən diri, diri dənədən də ölü yaradar. Bəziləri "fələqi” cəhənnəmdə bir quyu hesab edirlər. Hər halda fələqin mənası bunların hamısına aid edilə bilər.
|