1- Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.” 2- Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.” 3- Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.” 4- Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.” 5- Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.” 6- Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.” 7- Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.” 8- Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.” 9- Həzrət Məhəmməd (s) buyurur: "Qəzəbləndiyin zaman, sakit ol (dayan).” 10- Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.” 11- Həzrət Əli (ə) buyurur: "Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.” 12- Həzrət Əli (ə) buyurur: "Kim özünü hesaba çəksə, səadətə yetişər.” 13- Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan elə qeybət edən kimidir.” 14- Həzrət Əli (ə) buyurur: "Zarafatda həddi gözləməyən şəxs əbləhdir.” 15- Həzrət Əli (ə) buyurur: "Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.” 16- Həzrət Əli (ə) buyurur: "Məsləhət edən şəxs xatadan amanda qalar.” 17- Həzrət Əli (ə) buyurur: "Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.” 18- Həzrət Əli (ə) buyurur: "Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.” 19- Həzrət Əli (ə) buyurur: "Mömin onunla insafsız rəftar edənlə insafla davranar.” 20- Həzrət Əli (ə) buyurur: "Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”
21- Həzrət Zəhra buyurb: Hər kəi ixlasla yerinə yetirdiyi ibadətlərini Allaha tərəf göndərsə, Allah da, onun xeyrinə olan şeyləri ona tərəf göndərər. 22- Həzrət Zəhra buyurb: Biz Allahın Əhli-beyti insanlarla Allah arasında vasitəyik. Biz paklıq ünvanı və Allahın seçilmişləriyik. Biz Allahın aydın dəlilləri və səmavi peyğəmbərlərin irsiyik. 23- Həzrət Zəhra buyurb: Sizin ən yaxşınız, insanlarla çox mülayim, mehriban davranan, ən dəyərliniz isə xanımına qarşı mehriban və güzəştli olandır. 24- Həzrət Zəhra buyurb: Sizin dünyanızda üç şey mənim sevimlimdir: Quran oxumaq, Allah rəsulunun (s) üzünə baxmaq, Allah yolunda infaq etmək. 25- Həzrət Zəhra buyurb: Allah-taala biz əhli-beytdən itaət etməyi İslam ümmətində ictimai nəzmin bərpasının səbəbi, bizim imamətimizi isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir. 26- Allahın rəsulu (s) səhabələrindən soruşdu: "Qadın nədir?” Dedilər, "Qadın namusdur”. Soruşdu, qadın nə vaxt Allaha daha çox yaxın olur? Səhabələr cavab verə bilmədilər. Bu sualı eşidən Fatimə buyurdu: "Qadının Allaha ən yaxın vaxtı evində olan vaxtıdır.” Bu cavabı eşidən Peyğəmbər (s) buyurdu, "Həqiqətən Fatimə bədənimin bir parçasıdır”. 27- Həzrət Zəhra buyurb: Mən gecə istirahət etməyə hazırlaşdığım vaxt Allahın rəsulu (s) yanıma gəlib buyurdu: "Ey Fatimə, dörd şeyi yerinə yetirməzdən qabaq yatma: "Quran xətm etmək, Peyğəmbərlərin şəfaətindən bəhrələnmək, möminləri özündən razı salmaq, həcc və ömrə yerinə yetirmək”. Bunları dedikdən sonra namaz qılmağa başladı. Namazını bitirdikdən sonra dedim: "Ey Allahın rəsulu (s), mənə qüdrətimdən xaric olan dörd şeyi tövsiyə etdin. O Həzrət (s) təbəssüm edərək buyurdu: Əgər İxlas sürəsini üç dəfə oxusan, quranı xətm etmiş olarsan, əgər mənə və qabaqkı peyğəmbərlərə salavat göndərsən, qiyamət günüdə sənin şəfaətçilərin olarıq, əgər möminlər üçün istiğfar etsən, onlar səndən razı olacaqlar və əgər "subhanəllahi vəl həmdulillahi vəla ilahə illəllah” desən, həcc və ömrə yetirmiş olarsan. 28- Həzrət Zəhra buyurb: Əgər oructutan şəxs dilini, gözünü, , qulağını və digər bədən üzvlərini haramdan qorumasa, oruc deyil. 29- Həzrət Zəhra buyurb: "Allahın peyğəmbəri buyurdu, hər kəs mənim övladlarımdan biri üçün bir iş görsə və o işin müqabilində müzd almasa, onun əvəzini mən verərəm. 30- Həzrət Zəhra buyurb: Hədid, Vaqiə, Ərəhman surələrini oxuyan şəxs həm göydə və həm də yerdə Cənnət əhli kimi tanınır. 31- İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.” 32- İmam Həsən Əskəri (ə) buyurur: "Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.” 33- İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .” 34- İmam Həsən (ə) buyurur: "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.” 35- İmam Həsən (ə) buyurur: "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.” 36- İmam Həsən (ə) buyurur: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.” 37- İmam Həsən (ə) buyurur: "Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.” 38- İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.” 39- İmam Həsən (ə) buyurur: "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.” 40- İmam Həsən (ə) buyurur: "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”
|