Cümə, 22.11.2024, 14:00
Salam Qonaq

Farmakoloq.tk
Sayta Giriş
Bölmələr
Axtarış
Əsas Səhifə » Fayl » Tanınmışlar

Adolf Hitler
26.04.2010, 19:24
Adolf Hitler (alm. Adolf Hitler, 20 aprel 1889, Braunau, Avstriya - 30 aprel 1945, Berlin, Almaniya) - nasizm ideyasının yaradıcısı, Almaniya Nasional Sosialist Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). XX əsrin hərbi canilərindən və qəddar tiranlarından biri hesab olunur. 

lk illəri

Uşaqlığı

Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olmuşdur. Atası Alois Hitler (1837-1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860-1907, qızlıq soyadı - Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir. Birinci evliliyindən onun 2 uşağı olmuşdur.

Atasının ikinci evliliyindən doğulan 6 uşaqdan dördüncüsü olan Adolfun özündən əvvəl dünyaya gələn üç uşaq çox kiçik yaşlarında müxtəlif xəstəliklərdən, özündən sonra doğulan 2 uşaqdan biri isə 5 yaşında olarkən qızılca xəstəliyindən vəfat etmişlər. Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirmişdir.

Gəncliyi

16 yaşında orta təhsilini başa vursa da buraxlış imtahanlarından kəsilir. Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə (1907, 1908) rədd cavabı verilir. Ancaq öz istedadını daha çox memarlıq sahəsində göstərə biləcəyi tövsiyəsini alır. Sonradan üzləşdiyi maliyyə problemləri və imtahanlara lazımınca hazırlaşa bilməməsi onun memarlıq məktəbinə imtahan verməsinə imkan vermir.

I Dünya müharibəsində iştirakı

Hitler digər alman əsgərləri ilə birlikdə (soldan birinci)
1913-cü ilin mayında Hitler Münhen şəhərinə köçür. Burada o akvarel satmaqla dolanır. 1914-cü ilin sentyabrında Almaniyanın I Dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır və artıq oktyabr ayında sıravi əsgər kimi 16-cı Bavariya ehtiyat alayının 1-ci bölüyünün tərkibində Qərb cəbhəsinə göndərilir. Həmin ilin dekabrında II dərəcəli Dəmir Xaç ordeni ilə təltif olunur. 1916-ci il oktyabrın 16-da Somma çayı sahilindəki döyüşdə ayağından yaralanır. 1917-ci ilin martında hospitaldan çıxdıqdan sonra baş əsgər (yefreytor) kimi yenidən öz alayına qayıdır. 1918-ci ilin avqustunda sıravi əsgərlərə çox nadir hallarda verilən I dərəcəli Dəmir Xaç ordeni ilə təltif edilir. 1918-ci il oktyabrın 13-də İpr şəhəri yaxınlığındakı döyüşdə ingilislərin almanlara qarşı işlətdiyi gözyaşardıcı kimyəvi qazın təsirindən kontuziyaya uğrayır və müvəqqəti olaraq görmə qabiliyyətini itirir. Noyabr ayında hospitalda ikən Almaniyanın qeyd-şərtsiz təslim olduğunu və kayzerin devrildiyini öyrənir. Bu xəbər onu hədsiz dərəcədə sarsıdır.

Alman ordularının həmin dövrdə hələ də düşmən ərazisində və üstün vəziyyətdə olduğu halda birdən-birə müharibədə məğlub olması Hitlerin sonrakı baxışlarına da ciddi təsir göstərmişdir.

Siyasi fəaliyyəti

Hitler Almaniyanın müharibədəki məğlubiyyətini və monarxiyanı devirən 1918-ci il Noyabr inqilabını xainlər tərəfindən müzəffər alman ordusuna "arxadan vurulmuş zərbə" hesab edirdi.

1918-ci ilin sonunda Hitler Münhenə geri qayıtdı və yenidən ordu sıralarına yazıldı. Hərbi hissə komandirinin tapşırığına əsasən o Münhendə baş vermiş inqilabi hadisələrin iştirakçıları əleyhinə məlumat toplayırdı. Kapitan Ernst Remin tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrildi. Onun təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək "Almaniya Nasional Sosialist Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılır.

Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (alm. führer - rəhbər) ləqəbi verirlər.

Pivə qiyamı

Əsas məqalə: Pivə qiyamı

1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrildi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın rəhbərliyini demək olar ki, tamamilə öz əlində cəmləşdirmiş Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi.

"Mein Kampf"ın "Hearst and Blackett" nəşriyyatı tərəfindən 1939-cu ildə ingilis dilində nəşr olunmuş nüsxəsinin üz qabığı

1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi. Lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirdilər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər. Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq etdi.

8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler" pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi. Eyni zamanda E.Remin rəhbərliyi altındakı hücum dəstələri Hərb Nazirliyinin Quru qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri tərəfindən mühasirəyə alındılar.

Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf 3 min nəfərlik dəstə ilə birlikdə Hərb Nazirliyinə tərəf irəliləməyə başladılar. Lakin, Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçılar dağıldılar. 16 partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı" kimi düşdü.

1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm" (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı. Tezliklə bu kitab NSDAP-nin əsas ideya qaynağına çevrildi.

Hakimiyyətə doğru

Hitlerin həbsxanada olduğu müddətdə partiya olduqca zəifləyir və həbsdən çıxdıqdan sonra o ilk növbədə partiyanı bərpa etməyə çalışır. Bu işdə ona E.Rem hücum dəstələrini bərpa etməklə yaxından kömək edir. Lakin NSDAP-nin dirçəlməsində həlledici rolu Şimali və Şimal-Qərbi Almaniyanın sağ ekstremistlərini partiyaya cəlb edən Qreqor Ştrasser oynadı. Bu işdə ona qardaşı Otto və Yozef Gebbels yardım etmişdilər. Bu, NSDAP-nin regional partiyadan ümummilli partiyaya çevrilməsinə şərait yaratdı.

Eyni zamanda Hitler daha yüksək təbəqələr arasında da dəstək axtarırdı. O, həm ordu rəhbərliyinin bir hissəsini özünə yaxınlaşdıra bildi, həm də sənaye maqnatları ilə əlaqələr qurdu. 1930 və 1932-ci illərdəki parlament seçkiləri nasistlərin Reyxstaqdakı sayını ciddi surətdə artırdı. Bu hal digər parlament partiyalarını nasistlərə daha ciddi yanaşmağa, onlarla hesablaşmağa və hətta koalisiya hökumətində ortaq kimi nəzərdən keçirməyə sövq edirdi.

1930-cu il seçkilərində partiya 18,3% səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9%-ni toplayaraq 288 yerə sahib oldu və Reyxstaqda hakim partiyaya çevrildi.

Reyxstaqın yandırılması

Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın binasının yandırılması təşkil olundu. Bunun təqsiri kommunistlərin üzərinə atıldı və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq "Xalqı və dövləti müdafiə etmək" adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi.

Siyasəti

Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv etdi. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Beləliklə, Hitlerin böyük səyləri nəticəsində Almaniyada terrorçu avtoritar faşist diktaturası bərqərar oldu. Hitler antisemitizmi dövlət siyasətinə çevirdi. 1933-cü ilin yazından yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı. 1935-ci ildə yəhudiləri alman vətəndşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar qəbul edildi. Faşist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflasa uğramağa başladı. 1933-cü il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə konfransı tərk etdi.

Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb etdi. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi.

Ərazi iddiaları

II Dünya müharibəsi

Əsas məqalə: İkinci Dünya müharibəsi

1939-cu il 1 sentyabr tarixində Alman qoşunları Polşa-ya hücuma keçdilər, 2 gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Tezliklə müharibənin miqyası genişləndi və tezliklə Avropanı, sonra isə İtaliyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüdü.

İntihar

Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edir.

Bölmə: Tanınmışlar | Yükləyən: Farmakoloq
Baxış Sayı: 1443 | Yüklənib: 0 | Şərhlər: 8 | Reytinqi: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dost Saytlar
Statistika

Bütün istifadeçilər 1
Qonaq 1
İstifadəçi 0