Borgeze qalereyası — Romada Borgeze villasının ərazisində yerləşən saray tikilisi, 1903-cü ildən muzey kimi fəaliyyət göstərir. Flavi amfiteatrı və ya Kolizey — Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. La Skala — Milanda yerləşən dünyanın ən məşhur opera teatrlarından biridir. Trevi fəvvarəsi — Romada yerləşən ən böyük fəvvarədir. Мilan kafedralı — ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük kilsələrindən biridir. Sforçesko qəsri — Milanın köhnə hissəsinin şimalında Qəsr meydanında yerləşmiş Sforça sülaləsindən olan Milan hersoqlarının malikanəsi olmuşdur. Qarnye Sarayı — Parisdə eyniadlı metro dayanacağının yanında, Opera prospektində yerləşən, eklektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir.
|