Hz. Əli «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmışdır. Atası Əbutalib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Məzarı Nəcəf şəhərindədir.
Hz. Əlinin besətdən (Məhəmməd peyğəmbər(s) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (s) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra 30 il yaşamasını nəzərə almaqla onun (Hz. Əlinin) 63 illik ömrünü beş hissəyə bölmək olar:
Əli Məhəmməd peyğəmbər(s)qucağında
Əli ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd peyğəmbər(s) peyğəmbərin evində və onun təlim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar: «Bir il Məkkədə aclıq üz vermişdi. Bu zaman peyğəmbərin əmisi Əbu Talib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Məhəmməd peyğəmbər(s) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin(s) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cəfəri, Məhəmməd peyğəmbər(s) isə Əlini öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli Məhəmməd peyğəmbər(s) Məhəmməd peyğəmbər(s)seçilənədək onun evində qaldı. Məhəmməd peyğəmbər(s) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.» Məhəmməd peyğəmbər(s) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki, böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqları arasında Əlini Peyğəmbərin(s) gözü tutmuşdu.
İslamı qəbul etmiş ikinci şəxs
Əlinin bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yəni, Əlinin İslamı qəbul etməsi bu mənaya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. İslam ı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Quran açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.» Quranın İslamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki, hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthindən sonra müsəlman olanlardan üstün sayılır. Məkkə nin fəthindən (hicrətin 8-ci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki, onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı, müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Düzdür, müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə,şübhəsiz ki, İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malik olmalıdır. Bu hadisədən çox gözəl məlum olur ki, Peyğəmbərin(s) dəvətini əvvəllər həyat yoldaşı Xədicədən başqa Əli qəbul etmişdir.
Peyğəmbərin(s) hamisi və canişini
İslam peyğəmbəri öz dəvətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə dəvətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama dəvət edirdi. Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, Məhəmməd peyğəmbər(s)dəvətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır. Bu barədə Allah Quranda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan möminləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: «Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!» Ümumi və aşkar dəvətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin dəvətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla təsir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, Peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum-əqraba onun dəvətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir.
Əli döyüş meydanlarında
Əlinin həyatı Peyğəmbərin(s) hicrətindən o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə, xüsusən döyüş meydanlarında göstərdiyi hünər və şücaətlərlə doludur.
Məhəmməd peyğəmbər(s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında Əli iştirak etmişdir. Təkcə Təbuk döyüşündə Əli iştirak etməmişdir. Onda da Peyğəmbərin(s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər peyğəmbərin olmamasından istifadə edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də, Məhəmməd peyğəmbər(s) Əlini Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
Əli «Əhzab» (Xəndək) döyüşündə
Əhzab döyüşü adından da məlum olduğu kimi İslamın müxtəlif düşmənlərinin əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür.
Bəzi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi.
Bu döyüşün rəhbərliyini öhdələrinə götürmüş Qüreyş başçıları öz ordularının say çoxluğunu və əllərində olan çoxlu döyüş avadanlıqlarını nəzərə alaraq belə güman edirdilər ki, bu döyüşlə onlar müsəlmanları tamamilə məhv edəcək və Məhəmmədi (s) aradan götürməklə onun və silahdaşlarının əlindən bir dəfəlik yaxa qurtaracaqlar.
Kafirlərin hərəkət xəbəri Peyğəmbərə (s) çatdırıldıqda, Məhəmməd peyğəmbər(s) nizami şura təşkil etdi. Bu şurada Salman Farsi belə təklif etdi ki, Mədinənin kənarında xəndək qazıb kafirlərin şəhərə girməsinə mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır oldu. Xəndəyin eni elə idi ki, düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki, onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi.
Kafirlər yəhudilərin köməyi ilə gəlib şəhərin kənarına çıxdılar. Onlar güman edirdilər ki, əvvəlki (Bədr və Ühüd döyüşlərində olduğu) kimi yenə müsəlmanlarla Mədinə şəhərinin kənarında üzləşəcəklər. Ancaq onlar bu dəfə şəhərin kənarında müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə çatanda, şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki onlar o vaxta qədər ərəb müharibələrində xəndəkdən istifadə etməyi görməmişdilər. Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar.
Bəzi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı.
Qüreyş əsgərləri nə vaxt xəndəyi keçmək fikrinə düşürdülərsə, müsəlmanların xəndəkdə qoyduqları yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün gələ bilmirdi. Digər tərəfdən Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətmişdi. Üstəlik Mədinənin daxilində yaşayan yəhudilərin,Bəni–Qüreyzə tayfasının əhdinə vəfasız çıxması və kafirlər xəndəyi aşdıqdan sonra düşmən ordusuna birləşərək arxadan müsəlmanlara hücum edəcəyi planı məlum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi.
Qurani-Kərim müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini Əhzab surəsində çox gözəl şəkildə bəyan etmişdir.[1].
Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək, kafirlərin hücumunun qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr, Ühüd kimi kiçik müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-yavaş qurtarır və az qalırdı ki, vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar. Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki, cəsur və şücaətli pəhləvanlar nəyin bahasına olursa–olsun birtəhər xəndəyi aşıb o tərəfə keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə, kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək üçün rəqib istədilər.
Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli cəngavəri olan Əmr ibn Əbdəvəd idi. O, Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu «Yəlyəl atlısı» (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O, Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki, özünü göstərsin.
Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: «Siz ki, deyirsiniz sizin ölülər Cənnətə, bizimkilər isə Cəhənnəmə gedir, onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim, ya da o məni Cəhənnəmə göndərsin.» Sonra bir az rəcəz (nizami şer) oxuyub dedi: «Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb «mənimlə vuruşan varmı?» dedim ki, səsim tutuldu.» Hər dəfə Əmr qışqırıb rəqib istədikdə, yalnız Əli ayağa qalxıb Peyğəmbərdən (s) vuruşmaq üçün izn istəyirdi. Ancaq Məhəmməd peyğəmbər(s) ona izn vermirdi. Əli üç dəfə ayağa qalxdı, lakin Məhəmməd peyğəmbər(s) razılıq vermədi. Əli bir daha icazə istədikdə Məhəmməd peyğəmbər(s) Əliyə buyurdu: «Əli! Bu Əmr ibn Əbdəvəddir!» Əli də dedi ki, ya Rəsuləllah, mən də Əliyəm! Nəhayət Məhəmməd peyğəmbər(s) Əliyə izn verdi. Məhəmməd peyğəmbər(s) öz qılıncını Əliyə verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi.
Bu hədisdən asanlıqla məlum olur ki, bu iki nəfərdən birinin digərinə qalib gəlməsi imanın şirkə, yaxud da şirkin imana qalib gəlməsidir. Başqa sözlə desək, bu döyüş çox həlledici rol oynayırdı. Belə ki, İslamın, yaxud şirkin gələcək taleyi bu döyüşdən asılı idi.
Əli piyada meydana yollandı. Əmrlə üz-üzə gəldikdə ona dedi: "Sən söz vermişdin ki, Qüreyş tayfasından bir kişi səndən üç şey istəsə, onun birini yerinə yetirəcəksən.” (Əli özü də Qüreyş tayfasından idi.) Əmr dedi: "Düzdür.” Əli: "Mənim birinci istəyim budur ki, İslam dinini qəbul edib müsəlman olasan.”
Əmr: "Bundan keç.”
Əli: "Gəl Məhəmməd peyğəmbər (s) döyüşmək fikrini başından at, çıx get. Əgər Məhəmmədin (s) dedikləri düz olarsa, onda sən onun vasitəsilə dünyanın ən səadətli insanı olacaqsan, yox əgər onun dedikləri yalan olarsa, onda sən dava etmədən də öz istəyinə nail olmuş olarsan.”
Əmr: "Xeyr, Qüreyş qadınları belə fikirləşməyəcəklər. (Onlar mənim səndən qorxub meydandan qaçdığımı zənn edəcəklər.) Mən nəzir etmişəm ki, Məhəmməddən intiqamımı almayınca başıma yağ çəkməyəcəyəm.”
Əli: "Elə isə onda atdan düş mənimlə vuruşaq.”
Əmr: "Heç güman etməzdim ki, bir ərəb məndən belə istək diləsin. Mən istəmirəm sən mənim əlimlə qətlə yetiriləsən. Çünki atanla dostluq etmişəm. Qayıt get, sən hələ cavansan.”
Əli: "Ancaq mən səni öldürmək istəyirəm.”
Əmr Hz. Əlinin bu sözündən qəzəblənib atdan yerə endi . Əlinin üstünə hücum etdi. Gərgin döyüş başladı. Hər iki cəngavər bir-birinə zərbələr endirirdilər. Əmr fürsət tapıb Əlinin başına güclü bir zərbə endirdi. Hz. Əli özünü müdafiə etmək üçün qalxanı başına tutdu. Lakin qalxan iki yerə bölündü və Əlinin başı yaralandı. Hz. Əli da fürsətdən istifadə edib Əmrə güclü zərbə endirdi. Həmin zərbə nəticəsində Əmr yerə sərildi.
İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki, Əli ərəblərin ən məşhur pəhləvanını öldürmüşdür.
Əmrlə birgə xəndəkdən aşmış digər dörd pəhləvan meydanda durub Əli ilə Əmrin mübarizəsinin nəticəsini gözləyirdilər. Elə ki, onlar Əmrin öldürüldüyünü gördülər, qaçmağa üz tutdular. Onlardan üçü xəndəyi aşıb öz ordularına qoşula bildi. Lakin onlardan biri – Nofəl adlı pəhləvan xəndəyi keçərkən yıxılıb xəndəyə düşdü. Əli xəndəyə qayıdıb onu da öldürdü. Əmrin ölməsi düşmənin ruhiyyəsinin zəifləməsinə səbəb oldu. Onlar artıq Mədinəyə hücum etmək fikrindən daşınıb naümid olaraq hər qəbilə öz yurduna dönmək fikrinə düşdü.
Düşmənə sonuncu zərbəni Allah|Allah-taala]] güclü külək və tufanla endirdi. Düşmən qacıb öz vətəninə dönməli oldu. [redaktə / تحریر] Əli - Xeybər qalasının fatehi
İslam Peyğəmbəri (s) hicrətin yeddinci ili belə qərara gəlir ki,Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin. Peyğəmbərin(s) bu işə əl atmasının iki səbəbi var idi: Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam hökuməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdu. O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının bir-biri ilə uzun-uzadı müharibə etmələrinə baxmayaraq İslamın üçüncü bir qüdrətli dövlət kimi meydana çıxması onlar üçün dözülməz idi. Buna görə də, Xeybər yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilər, yaxud müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar.
Bu iki məsələ Peyğəmbərin(s) min altı yüz nəfərlik bir ordu ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu. Xeybər qalası böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi və yəhudilərin döyşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin şücaəti nəticəsində qalalar çətinliklə də olsa, bir-birinin ardınca süqut edirdi. Lakin ən böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. İslam mücahidləri nə qədər cəhd göstərsələr də, o qalanın müqavimətini qıra bilmirdilər. Məhəmməd peyğəmbər(s) möhkəm başağrı nəticəsində özü bilavasitə döyüş səhnəsində iştirak edə bilmir və orduya birbaşa başçılıq etmirdi. RəsulAllah vəziyətin belə olduqunu gördükddə bu şərəfli işi Əliyə tapşırdı və buyurdu: «Sabah bu bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah o qalanı həmin şəxsin əli ilə fəth edəcək. O elə bir şəxsdir ki, Allahı və peyğəmbəri sevir, Allah və Məhəmməd peyğəmbər(s)də onu sevirlər.»
O gecə Peyğəmbərin(s) bütün səhabələri fikirləşirdilər ki,görəsən Məhəmməd peyğəmbər(s) bayrağı sabah kimə verəcək? Səhər olcaq səhabələr Peyğəmbərin(s) çadırının qarşısında durub hamı ümid edirdi ki,Məhəmməd peyğəmbər(s) bayrağı ona verəcək. Bu zaman Məhəmməd peyğəmbər(s) buyurdu: «Əli haradadır?» Səhabələr cavab verdilər ki, o, gözü ağradığı üçün istirahət edir. Məhəmməd peyğəmbər(s) buyurdu: «Əlini bura gətirin!» Əli gəldikdə, Məhəmməd peyğəmbər(s) onun gözünün sağalması üçün dua etdi. Peyğəmbərin(s) duası nəticəsində Əlinin gözü sağaldı. Sonra Məhəmməd peyğəmbər(s) bayrağı ona verdi. Əli dedi: "Ya Rəsuləllah! Onlarla İslamı qəbul edənə qədər vuruşacağam.” Məhəmməd peyğəmbər(s) buyurdu: "İndi ora get! Elə ki qalaya yetişdin əvvəl onları İslama dəvət et, onların Allah qarşısında olan vəzifələrini (İslam dininə itaət etməyi) onlara xatırlat! And olsun Allaha ki, bir nəfərin sənin dəvətinlə müsəlman olmasının xeyri sənin qırmızı tüklü dəvələrə yiyələnməyindən üstündür.” (Qırmızı tüklü dəvə ən qəşəng və ən baha dəvədir.)
Əli bu vəzifəni yerinə yetirmək üçün qalaya tərəf yollandı və o möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi.
Peyğəmbərin(s) vəfatından Əlinin xilafətinədək
Əlinin xilafət başına gəlməsi mərhələsi. Bu mərhələ Əlinin dörd il doqquz ay, ondan sonra isə Həsənin bir neçə aylıq xəlifəliyini əhatə edir. Bu mərhələnin az müddət olmasına baxmayaraq (Əli və Həsən bir çox çətinliklərlə üzləşmiş, İslamın müxtəlif düşmənləri tərəfindən təzyiqlərə məruz qalmışdır, ancaq bununla belə, bu mərhələ İslam hökumətinin ən parlaq mərhələsi hesab olunur.
İslam hökuməti və dövlət quruluşu qücləndirilməsi üçün aparılan az müddətli səylər mərhələsi. Bu mərhələ Həsənin sülhündən (hicrətin qırx birinci ili) Hüseynin şəhadətinə qədər (hicrətin altımış birinci ili məhərrəm ayına qədər) olan iyirmi ili əhatə edir.
Hz. Əlinin xəlifəlik dövrü
Osmanın evi qırx doqquz gün qiyamçıların mühasirəsində qaldı.Osman nə vaxt camaatla yumşaq davranmaq istyirdisə, Mərvan daha çox camaatı qəzəbləndirirdi. Axırda xəvariclər Osmanın evinə hücüm cəkərək onu qətlə yetirdilər.
Qiyamçıların yeganə məqsədi Osmanı hökumətdən kənarlaşdırmaq idi. Düzdür, Əlinin adı Osmanın evi mühasirədə olan müddətdə dillərdə gəzirdi, lakin qiyamçılar gələcək üçün (yeni xəlifə təyin etmək üçün) qəti bir qərara gəlməmişdilər. Elə buna görə də, Osman bin Əffanı öldürdükdən sonra xəlifə seçmək çətinliyi ilə üzləşməli oldular. Digər tərəfdən Əli , Əbdürrəhman ibn Ovf, Osman, Təlhə, Zübeyr və Səd ibn Əbil Vəqqasdan ibarət altı nəfərlik şura üzvlərindən ikisi, yəni,Əbdürrəhman ibn Ovf və Osman artıq dünyadan getmişdilər. Qalan dörd nəfər arasında Əli camaatın daha sevimlisi idi.Bu da camaatın Əliyə tərəf gəlməsinə səbəb oldu.
Tarixçilər yekdil nəzərlə Osmanın hicrətin otuz beşinci ili zil-həccə ayında öldürüldüyünü qeyd edir, ancaq hadisənin hansı gündə baş verməsi haqqında müxtəlif fikirlər söyləmişlər. Bir məsələ məlumdur ki, Osmanın ölümü ilə Əlinin xəlifə olması arasında azı dörd-beş gün fasilə olub. Bu bir neçə gün ərzində müsəlmanlar hökumətsizlik mühitində yaşadılar. Ancaq get-gəllər,müsəlmanların təkidli istəkləri və ədalət aşiqi olan camaatın axınları Hz. Əlinin evinə çoxaldığından Əli camaatın beyətini qəbul etdi.
Mariqin döyüşü (Nəhrəvan döyüşü)
Mariqin (yolunu azmışlar) Əlini Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub Əlidən danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq Əli elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əliyə qarşı ordu toplamağa başladı. Nəhrəvan adlı bir yerdə Əli ilə bu dəstə arasında döyüş baş verdi. Əlinin ordusu bu döyüşdə də qalib gəldi. Əli nəhayət, dörd il bir neçə ay (9 ay) hökumətdə olduqdan sonra hicrətin qırxıncı ili Ramazan ayının 19-cu gecəsi həmin mariqindən biri olan Əbdürrəhman ibn Mülcəm tərəfindən (Kufə məscidində namaz qılarkən) arxadan qilinc zərbəsi endirilməsi nəticəsində iki gün sonra ramazan ayınını 21-də şəhadətə qovuşmuşdur.