Cümə, 22.11.2024, 15:13
Salam Qonaq

Farmakoloq.tk
Sayta Giriş
Bölmələr
Axtarış
Əsas Səhifə » Fayl » İslam

İmam Kazım
19.06.2010, 10:45

İmamın həyatı iki mərhələyə bölünür:

1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il)
2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib


İmam Kazimin (ə) həməsri olmuş xəlifələr

Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazimin (ə) İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur:

Mənsur Dəvaniqi (137-158 h.q);

Məhdi adı ilə tanınmış Məhəmməd. (158-169);

Hadi (169-170);

Harun (170-193).

İmam Sadiq (ə) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki,öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O, bu işdə təkcə şiələri deyil, eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.1

İmam Kazim (ə) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiqin (ə) vəfat xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (ə)) öz yerinə bir nəfər canişin təyib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: "Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:

Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;

(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;

Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazimin (ə) böyük qardaşı);

Musa ibn Cəfər (İmam Kazim (ə));

Həmidə (İmam Sadiqin (ə) həyat yoldaşı);”

Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?

Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz!

İmam Sadiqin (ə) bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (ə) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış, lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.



Şiələrin iqtisadi vəziyyətinin dirçəlməsi

Şübhəsiz ki,müştərək bir məqsəd daşıyan hər hansı bir cəmiyyətin öz işlərini irəli aparmaq üçün öz qüvvələrini səfərbər etməkdə maddi imkanata ehtiyacı var. Maddi imkanat olmadıqda, həmin cəmiyyətin bütün işləri və fəaliyyəti dayanmalı olur. Bir qayda olaraq şiələrin də öz müqəddəs məqsədlərini həyata keçirmək üçün bir sıra maddi imkanata ehtiyacları var idi. Müxtəlif vaxtlarda xüsusilə, onların mübariz qüvvələri daima iqtisadi çətinlik içərisində olmuş, dövrün hökuməti onların qüvvələrini zəiflətmək üçün müxtəlif vasitələrlə onları iqtisadi çətinliklərə məruz qoymuşdular. Bu barədə siyasi məqsəd daşıyan və məqsədi də Əmirəl-möminin Həzrət Əlinin (ə) və Bəni-Haşimin iqtisadi vəziyyətini zəiflətmək olan Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox başqa nümunələr də vardır. Onlardan biri də, Müaviyənin şiələrə, xüsusilə də, Bəni-Haşimə qarşı yürütdüyü siyasətdir. Müaviyənin İmam Hüseyndən (ə) öz vəliəhdi Yezid üçün beyət almaq istərkən işlətdiyi taktikalardan biri - Mədinəyə səfəri zamanı Bəni-Haşim qəbiləsindən olanlara beytül-maldan heç bir ödənc verməməsi olmuşdur. Bu işdə məqsədi də, o olmuşdur ki, bəlkə bu yolla o Həzrəti çətinliyə salıb beyət etməyə məcbur etsin.

Başqa bir nümunə Əbu Cəfər Mənsurun camaatı iqtisadi çətinlikdə saxlaması idi. Mənsur aclıq və iqtisadi blokada siyasətini yürütmüş və məqsədi bu olmuşdur ki, qoy camaat həmişə ac olub ona tabe olsun və ancaq öz qarınlarını doyuzdurmaq fikrində olub digər böyük ictimai məsələlər barədə düşünməyə macalları olmasın. O, bir dəfə sarayın yaxın adamlarının hüzurunda camaatı ac saxlamaqdan güddüyü məqsədi kobud bir ifadə ilə açıqlayaraq demişdir: "Bədəvi ərəblər öz məsəllərində yaxşı demişlər ki, öz itini həmişə ac saxla ki, qoy çörək ardınca sənin arxanca düşsün.” Bu iqtisadi çətinlik daha çox şiələr səmtinə yönəldilmişdi. Çünki onlar xəlifələrə qarşı mübarizədə camaata rəhbərlik etmişlər. Harun da xəlifə olduğu müddət ərzində bu planı həyata keçirməkdə ləngimirdi. Çünki o, müsəlmanların beytül-malını ələ keçirib onu öz eyş-işrəti, kefi yolunda xərcləməklə şiələri öz qanuni hüquqlarından məhrum etmiş və beləliklə də, onların qüvvələrini zəiflətmişdir.

Müxaliflərinin şiələrin əleyhinə mübarizə aparmalarına baxmayaraq, Harun ər-Rəşidin hüzurunda öz etimadını doğruldaraq, böyük İslam məmləkətində vəzir vəzifəsinə təyin olunmuş İmam Kazimin (ə) vəfalı və səmimi dostu Əli ibn Yəqtin bu məsələni çox yaxşı başa düşərək əlində olan imkandan istifadə etməklə şiələrə kömək və onları himayə etmək sahəsində əlindən gələni əsirgəmirdi. Xüsusən, şiələrin iqtisadi vəziyyətinin dirçəlməsində və öz malının xümsünü (onun malının xümsü nəzərə çarpacaq miqdarda olur, bəzi vaxtlar hətta yüz min dinardan üç yüz min dinara qədər çatırdı)İmam Kazimə (ə) göndərməkdə çox səy edirdi. Bu da məlumdur ki, xüms həqiqətdə İslam hökumətinin büdcəsini təmin edən əsas amildir.

Əli ibn Yəqtinin oğlu deyir: "İmam Kazimə (ə) nə lazım olurdusa, yaxud hər hansı bir çətin işi irəli çıxırdısa, atama məktub yazırdı ki, "mənim üçün filan şeyi al, yaxud mənim üçün filan işi həll et. Özü də bu işi Hişam ibn Həkəmin əli ilə düzəlt.” Hişamın əli ilə düzəldilməsi lazım olan işlər yalnız mühüm və əsas işlər olurdu.”

İmam Kazim (ə) İraqa səfər edərkən Əli ibn Yəqtin öz vəziyyətindən o Həzrətə şikayət edib dedi: "Mənim vəziyyətimi görürsən? (Görürsən necə bir sarayda və hansı camaatla işləyirəm?)” İmam Kazim (ə) buyurdu: "Allah zalımlar arasında öz sevimli bəndələrindən qərar verərək onların vasitəsilə yaxşı bəndələrini himayə edir. Sən də həmin sevimli bəndələrdən birisən.”

Bir dəfə Əli ibn Yəqtin Bəni-Abbas xəlifələri ilə işləyib-işləməməsi barədə İmam Kazim (ə) ilə məsləhətləşdikdə, o Həzrət buyurmuşdur: "Əgər bu işi görməyə məcbursansa, onda şiələrin malından muğayat ol.” Əli ibn Yəqtin İmamın (ə) sözü ilə razılaşdı. O, Həzrətin bu sözünə əsaslanaraq şiələrdən dövlət vergilərini alır, lakin gizlicə yenidən onların özlərinə qaytarırdı.Səbəbi də bu idi ki, Harunun hökuməti elə bir hökumət deyildi ki, onun qayda-qanunlarına əməl etmək müsəlmanlara vacib olsun. Allah tərəfindən təyin olunmuş əsl rəhbər və hakim İmam Kazim (ə) idi, Əli ibn Yəqtin də onun əmrilə şiələrin malını özlərinə qaytarırdı.


İslam dövləti təşkil etmək arzusunda

Harun bilirdi ki, İmam Kazim (ə) və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr, bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim (ə) ilə Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən, həm də Harunun çirkin məqsədlərindən xəbər verir:

"Bir gün Harun (bəlkə də, İmam Kazimin (ə) arzu və məqsədlərindən xəbər tutmaq məqsədilə) Fədəyi o Həzrətə qaytarmaq istədiyini bildirir. İmam Kazim (ə) buyurur: "Bir şərtlə Fədəyi qəbul edərəm ki, onun bütün ərazisini (bütün sərhədləri ilə birlikdə) geri qaytarasan.” Harun soruşdu: "Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?” İmam Kazim (ə) buyurdu: "Əgər onun əhatə etdiyi sahə və sərhədlərini desəm, əsla onu qaytarmazsan.” Harun təkid edib and içdi ki, mütləq onu qaytaracaq. İmam Kazim (ə) Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür təyin etdi: "Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər, digər tərəfdən də, Afrikadan tutmuş Ərməniyyə və Xəzər dənizinə kimi uzanır.” Bu sahələrin bir-bir adını eşitdikcə rəng verib rəng alan və həddən artıq qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə dedi: "Belə olan halda bizə bir şey qalmır ki!” İmam Kazim (ə) buyurdu: "Bilirdim ki, qəbul etməyəcəksən və elə buna görə də, demək istəmirdim.” İmam Kazim (ə) bu cavabı ilə Haruna bildirmək istəyirdi ki, Fədək İslam dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu Bəkr, Ömər və s.) Fədəyi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qızının və kürəkəninin əlindən almaqla həqiqətdə hakimiyyəti Əhli-beytdən (əleyhimussəlam) aldılar. İndi əgər bizim haqqımızı qaytarmalı olsan, onda bütün xilafət ərazisini bizim ixtiyarımıza verməlisən.

Bu söhbət İmam Kazimin (ə) ali məqsədlərindən xəbər verir.


Beytül-malın toplanması

Zahiri hakimiyyət və qüdrət Harunun əlində olsa da, o, yalnız camaatın "cisminə”, "quru bədəni”nə hakimlik edirdi. Qəlblərdə isə heç bir yeri yox idi. Qəlblərə hakim durmaq ancaq İmam Kazimə (ə) məxsus idi. O Həzrətin ümumi fikirlərdəki məhəbbəti sayəsində mübariz və açıqfikirli müsəlmanlar öz malının xümsünü, eləcə də, beytül-mala mənsub olan digər vergiləri o Həzrətin hüzuruna göndərirdilər. Harun bundan heç də xəbərsiz deyildi. Çünki o, öz casusları vasitəsilə geniş İslam dövlətinin o tərəf-bu tərəfindən müsəlmanların İslam vergilərinin İmam Kazimə (ə) göndərməsi xəbərini əldə edirdi. Casuslar deyirdilər ki, göndərilən bu vergilər o qədər olurdu ki, İmam Kazim (ə) bunları toplamaq üçün beytül-mal sandıqı hazırlamışdı.


Bölmə: İslam | Yükləyən: Farmakoloq
Baxış Sayı: 736 | Yüklənib: 0 | Reytinqi: 0.0/0
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dost Saytlar
Statistika

Bütün istifadeçilər 2
Qonaq 2
İstifadəçi 0