1.Lazımsız yerə danışmazdı.Danışanda da qədərində danışardı.Susmağı danışmaqdan üstün tutardı. 2.Dünya işləri üçün məyus olmazdı. 3.Öz nəfsi üçün intiqam almazdı.. 4.Dilindən pis söz çıxmazdı. 5.Hamıya salam verərdi. 6.Bağışlamağı da təbii idi. 7.Düşmənlərini bağışlamaqla kifatətlənməz,onlara qiymət verərdi. 8.Heç kim mübahisə etməzdi. 9.Boş işlərə vaxt itirməzdi. 10.Xoşlamadığı bir şey haqqında susardı. 11.Qonaq etməyi sevərdi. 12.Xəstələri ziyarət edərdi. 13.Heç kimi nə üzünə qarşı,nə də arxasınca pisləməzdi. 14.Heç kimin sözünü danışmazdı. 15.Heç kimə haqqında xeyirli olmayan sözü deməzdi.
16.Həmişə təmkinli idi.Aydın danışırdı. 17.Qapısına kömək üçün gələnləri əliboş qaytarmazdı. 18.Evlənənlərə kömək edərdi. 19.Hər işə ALLAHIN adı ilə başlayardı. 20.Dostlarına belə deyərdi:”Dünyada ya qərib,ya da yolçu kimi ol”. 21.İşləyəni haqqını gecikdirməzdi. 22.Paltarını sağdan geyər,soldan çıxaradı. 23.Hədiyyə verər,hədiyyə alardı. 24.Yoxsullarla bir yerdə yeyər,onalrdan ayırd edilməzdi. 25.Sadə paltarlar geyər,dəbdən xoşu gəlməzdi. 26.Danışanda üzünü başqa tərəfə çevirməzdi. 27.Ən son danışanı ən birinci danışan kimi diqqətlə dinləyərdi. 28.Həmişə fikirli idi.Acaq üzündən təbəssüm əksik olmazdı. 29.5 şeyi qənimət bilərdi:Qocalıq gəlmədən cavanlığı,xəstəlik gəlmədən sağlığı,yoxsulluq gəlmədən zənginliyi,məşğuliyyət gəlmədən zamanı,ölum gəlmədən ömrü. 30..Səhərlə evindən çıxanda belə deyərdi:”İlahi doğru yoldan azmaqdan və azdırılmaqdan,aldatmaqdan və aldadılmaqdan,haqsızlıq etməkdən və haqsızlığa məruz qalmaqdan,hörmətsizlik etməkdən və hörmətsizlik görmək dən sənə sığınıram”.
|