Mayya təqviminə görə, 2012-ci ilin dünyanın sonu olacağına dair iddialar təsdiqini tapmayıb.
«Associated Press» agentliyinin məlumatına görə, Qvatemala «mayyaçıları»nın ağsaqqalları sözügedən təqvimdə 2012-ci ildə dünyanın sonunun çatacağına dair heç bir fikrə rast gəlinmədiyini bəyan edirlər. Belə ağsaqqallardan biri olan Çile Pikstuna bildirib ki, 2012-ci il haqda iddialar «cəfəngiyyat və Qərbin mifidir».
«Əsl mayyaçılardan 2012-ci ildə nə baş verəcəyini soruşsanız, onlar sadəcə, söhbətin nədən getdiyini anlamayacaqlar», - deyə memar Xose Xaçim bildirir: «Dünyanın axırı? Yəqin zarafat edirsiniz... Quraqlıq isə hə, bu, həqiqətən problemdir».
|