Psixoloq və sosioloqlar inandırmağa çalışırlar ki, tənha insanlar çox vaxt aqressiv olur. Bu nədən yaranır? Bu sualın cavabını tapmağa araşdırmalar kömək etdi.
Amerikalı mütəxəssislər 190 məktəblinin davranışlarını müşahidə etdilər. Müəyyən olundu ki, az dostu olan tənha qız və oğlanlar çox vaxt tanış və qeyri-tanış insanlara qarşı aqressiya göstərirlər.
"Tənhalar” özlərinə qarşı müxtəlif, hətta çox vaxt neytral və müsbət münasibətləri neqativ kimi qəbul edirlər. Cavab olaraq onlar düşünmədən öz aqressiyalarını göstərməyə başlayırlar.
Psixoloqlar yeniyetmələrin bu cür davranışlarını öz yaşıdları ilə münasibətlərin çatışmamazlığı ilə əlaqələndirdilər.
|